Bu gündən IV Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Şüvəlan qəsəbəsində yeləşən “Azal Arena”da keçirilən futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin və digər şəxslərin rahat daşınmasını təmin etmək üçün xüsusi ekspress xətt fəaliyyətə başlayıb.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a
verilən məlumata görə, bu xətt üzrə avtobuslar metronun Koroğlu
stansiyasının qarşısından “Azal Arena”ya, eləcə də əks istiqamətdə
hərəkət edir.
"Bu məqsədlə, 15 nəqliyyat vasitəsi ayrılıb. Həmçinin, mayın 11-də
keçirilən idman yarışları ilə əlaqədar Bakı kristal zalı, “Bayıl
Arena” və Sərhədçi Olimpiya İdman Kompleksi istiqamətindən hərəkət
edən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayı
artılıb"-deyə, məlumatda bildirilib.