Terrorçulara “kamikadze həbi” hazırlayan laboratoriya ələ keçirildi

Terrorçulara “kamikadze həbi” hazırlayan laboratoriya ələ keçirildi
10:38 11 May 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Hollandiyanın Limburq əyalətində yerləşən Brunssum qəsəbəsində İŞİD və “Fetih el Dəməşq” (keçmiş adı “Əl Nusra”- red) terrorçuları tərəfindən idarə olunan laboratoriya xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, terrorçular sözügedən laboratoriyada “captagon” adlanan həb dərmanı hazırlayırmış. Dünyada “kamikadze həbi” kimi tanınan “captagon” dərmanından daha çox terrorçular istifadə edirlər.

Xüsusi xidmət orqanları laboratoriyada 80 kiloqram “kamikadze həbi” və 3 ədəd silah aşkarlayaraq, müsadirə ediblər.

Faktla bağlı 2 nəfər həbs edilib, 2 nəfər isə hadisə yerindən qaçıb.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR