Əməkdar artist ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Əməkdar artist ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - YENİLƏNİB
10:39 11 May 2017
41 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən əməkdar artist Əjdər Həmidovun səhhəti normallaşıb.

 

Lent.az xəbər verir ki, 1 saylı şəhər xəstəxanasının nevrologiya şöbəsində müalicə olunan aktyor dünən evə buraxılıb. Əjdər Həmidov Lent.az-a açıqlamasında bildirib ki, yaxın günlərdə teatra qayıtmaq niyyətindədir: "İndi evdəyəm, səhhətim normallaşıb. 12 gün xəstəxanada müalicə olundum. Mənə hər cür diqqəti göstərdilər. Xüsusi ilə xəstəxananın nevrologiya şöbəsinin müdiri Lalə Tağızadəyə minnətdarlıq edirəm. Ora gedəndə təzyiqim 260-a çatmışdı, insult olmaq həddində idim. Məni müalicə etdilər. Həm də tapşırıblar ki, özümü qoruyum. Amma teatrsız qala bilmirəm. Birisigün tamaşam var, istəyirəm səhnəyə çıxım".

 

*****

 

10:16

 

Azərbaycanın əməkdar artisti, tanınmış aktyor Əjdər Həmidov xəstəxanaya yerləşdirilib. Lent.az xəbər verir ki, o, yüksək təzyiq diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına gətirilib. Məlum olub ki, Ə.Həmidovun insult keçirmək təhlükəsi var və ona lazımi tibbi yardım göstərilib.

 

Qeyd edək ki, Əjdər Həmidov 1953-cü ildə Şabran rayonunda anadan olub və Akademik Milli Dram Teatrının aktyorudur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274343

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR