Bəzi idman obyektlərinə gedən avtobusların sayı artırılıb

Bəzi idman obyektlərinə gedən avtobusların sayı artırılıb
10:42 11 May 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Mayın 11-dən etibarən IV Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Şüvəlan qəsəbəsində yeləşən "Azal Arena"da keçirilən futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin və digər şəxslərin rahat daşınmasını təmin etmək üçün xüsusi ekspress xətt fəaliyyətə başlayıb.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, bu xətt üzrə avtobuslar metronun Koroğlu stansiyasının qarşısından "Azal Arena"ya, eləcə də əks istiqamətdə hərəkət edir. Bu məqsədlə, 15 nəqliyyat vasitəsi ayrılıb.

Həmçinin, mayın 11-də keçirilən idman yarışları ilə əlaqədar Bakı kristal zalı, "Bayıl Arena" və Sərhədçi Olimpiya İdman Kompleksi istiqamətindən hərəkət edən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayı artılıb.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR