İslamiada çərçivəsində futbol yarışlarına gedənlər üçün ekspress xətt fəaliyyət göstərəcək

İslamiada çərçivəsində futbol yarışlarına gedənlər üçün ekspress xətt fəaliyyət göstərəcək
10:50 11 May 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 11-də Bakı - 2017 IV Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Şüvəlan qəsəbsəində yeləşən “Azal Arena”da keçirilən futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin və digər şəxslərin rahat daşınmasını təmin etmək üçün xüsusi ekspress xətt fəaliyyətə başlayıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu xətt üzrə avtobuslar metronun Koroğlu stansiyasının qarşısından “Azal Arena”ya, eləcə də əks istiqamətdə hərəkət edir. Bu məqsədlə 15 nəqliyyat vasitəsi ayrılıb.

Həmçinin, mayın 11-də keçirilən idman yarışları ilə əlaqədar Bakı kristal zalı, “Bayıl Arena” və Sərhədçi Olimpiya İdman Kompleksi istiqamətindən hərəkət edən marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayı artırılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2752404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR