Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən əməkdar artistdən XƏBƏR VAR

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən əməkdar artistdən XƏBƏR VAR
10:57 11 May 2017
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən əməkdar artist Əjdər Həmidovun səhhəti normallaşıb.
 
Milli.Az lent.az-a istinadən xəbər verir ki, 1 saylı şəhər xəstəxanasının nevrologiya şöbəsində müalicə olunan aktyor dünən evə buraxılıb. Əjdər Həmidov açıqlamasında bildirib ki, yaxın günlərdə teatra qayıtmaq niyyətindədir:

"İndi evdəyəm, səhhətim normallaşıb. 12 gün xəstəxanada müalicə olundum. Mənə hər cür diqqəti göstərdilər. Xüsusi ilə xəstəxananın nevrologiya şöbəsinin müdiri Lalə Tağızadəyə minnətdarlıq edirəm. Ora gedəndə təzyiqim 260-a çatmışdı, insult olmaq həddində idim. Məni müalicə etdilər. Həm də tapşırıblar ki, özümü qoruyum. Amma teatrsız qala bilmirəm. Birisigün tamaşam var, istəyirəm səhnəyə çıxım".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/543589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR