Naxçıvanın 450 mininci sakini dünyaya gəldi

Naxçıvan şəhər sakinləri Orxan Babayev ilə Şəbnəm Abdullayevanın ailəsində mayın 4-də Naxçıvan Muxtar Respublikasının 450 mininci sakini - Babayev Fərhad Orxan oğlu anadan olub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümündə Doğum Mərkəzində bu münasibətlə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov körpənin anası Şəbnəm Abdullayevaya övladının Naxçıvan Muxtar Respublikasının 450 mininci sakini olması ilə bağlı arayış təqdim edib.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov uşağın sağlamlığı haqqında məlumat verərək deyib ki, 3 kiloqram 800 qram çəkidə doğulan uşaq tam sağlam şəkildə dünyaya gəlib və inkişaf prosesi normal qaydada gedir.

//Naxcivantv.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR