ISESCO-nun baş direktoru: “Bakı Ali Neft Məktəbi regionun ən nüfuzlu universitetidir”

ISESCO-nun baş direktoru: “Bakı Ali Neft Məktəbi regionun ən nüfuzlu universitetidir”
11:02 11 May 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri Bakı Ali Neft Məktəbinin (BANM) yeni açılan kampusunun qonağı olduğu zaman səfərlə bağlı öz fikirlərini və təəssüratlarını Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları ilə bölüşüb.
“Report” şöbəyə istinadən baş katibin fikirlərini təqdim edir:
“Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə kampusun açılışından sonra BANM-in ilk qonağı olmaq mənim üçün böyük şərəfdir. Dövlət başçısı ilə görüş zamanı mən onu dünya standartlarına cavab verən müasir təhsil müəssisəsinin açılışı münasibətilə təbrik etdim. BANM-in kollektivini belə gözəl kampusa malik olmaqları münasibətilə təbrik edirəm. Əminəm ki, yeni açılan tələbə şəhərciyi BANM-ə dünyanın hər yerindən tələbələr,müəllimlər və elm adamlarını dəvət etməyə imkan verəcək”.
O vurğulayıb ki, hazırda Bakı dünya ictimaiyyətinin diqqət mərkəzindədir, Azərbaycan isə bütün dünya üçün uğur modeli nümunəsinə çevrilib: “Şahidi olduğum bu böyük dəyişikliklər, heyrətamiz nailiyyətlər və son on ildəki inkişaf tempini analoqu olmayan və unikal adlandırmaq olar. Azərbaycanın qısa müddət ərzində qazandığı nailiyyətlər bir möcüzədir və BANM-in əməkdaşları və tələbələri bunlarla həqiqətən fəxr edə bilərlər. Bu gün Bakı Ali Neft Məktəbi regionun ən nüfuzlu universitetidir".
Baş katib bildirib ki, ISESCO və İslam Dünyası Universitetləri Federasiyası gələcəkdə də BANM-lə sıx əməkdaşlığı inkişaf etdirəcək: "Əminliklə deyə bilərəm ki, BANM yalnız təhsil müəssisəsi olmayacaq, hətta, yaxın gələcəkdə beynəlxalq bilik və təcrübə mübadiləsi üçün forum, geniş masştablı elmi tədqiqatlar üçün mərkəz olmaq imkanlarını reallaşdıracaq. Qeyd edək ki, biz İslam Dünyası Universitetləri Federasiyasının neft sektoruna həsr olunmuş növbəti beynəlxalq konfransını Ali Məktəbin yeni kampusunda keçirəcəyimizə dair rektor Elmar Qasımovla razılığa gəldik”.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/baki-ali-neft-mektebi-regionun-en-nufuzlu-universitetidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR