4 yaşlı uşağın meyiti tapıldı - Qubada

4 yaşlı uşağın meyiti tapıldı - Qubada
11:05 11 May 2017
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba rayonunda 4 yaşlı uşağın meyiti tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bərqov kəndində qeydə alınıb. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafayev Fuad Həbib oğlunun meyiti evlərinin yaxınlığında aşkar edilib. Ailə üzvləri uşağın meyitini Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparıblar.

Quba rayon Prokurorluğundan verilən məlumata görə, uşağın ölüm səbəbini müəyyənləşdirmək üçün müvafiq tibbi ekspertiza təyin olunub.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR