11 yaşlı şahzadə qaydaları pozdu, ulduza döndü - VİDEO - FOTO

11 yaşlı şahzadə qaydaları pozdu, ulduza döndü - VİDEO - FOTO
11:05 11 May 2017
Ölkə mətbuatı
A- A+

Norveç şahzadəsi Hokon və onun xanımı Mette-Maritin ailəsində sonbeşik olan 11 yaşlı şahzadə Sverre Maqnus protokol qaydalarını pozaraq sosial şəbəkələrin ulduzuna çevrilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, babası və nənəsinin - kral Harald və kraliça Soninin 80 yaşlarının tamam olması münasibətilə paytaxt Osloda keçirilən təntənəli tədbir zamanı eyvanda, ailəsinin yanında duran balaca şahzadə ağzını əyib, yerində oynayıb, sonra da "dab" rəqsindən hərəkəti göstərib.

Kralla kraliçanın ad günü münasibətilə Oslodakı kral sarayında təntənəli şam yeməyi verilib. Ziyafətdən sonra kral ailəsi eyvana çıxaraq sarayın qarşısına yığışanları salamlayıblar.

Kral Harald, kraliça Soni, şahzadə Hokon və onun xanımı Mette-Maritlə övladları soyuqqanlı durmuşdular. Şahzadə Sverre isə bir yerdə dura bilməyib.

Onu 12 yaşlı bibisi qızı Lea Aysedora Ben sakitləşdirməyə çalışsa da, şahzadə Sverre istədiyini edib.

"Dab" rəqsindəki bu hərəkət "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın meydandakı jestindən sonra məşhurlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

11 yaşlı şahzadə qaydaları pozdu, ulduza döndü


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR