Saatlıda daha bir yeraltı təkan qeydə alındı

Saatlıda daha bir yeraltı təkan qeydə alındı
11:12 11 May 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Saatlı rayonu ərazisində daha bir yeraltı təkan qeydə alınıb.

Milli.Az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ saat 10.50-də baş verib.
 
Maqnitudası 3.3 olan, 46 km dərinlikdə baş verən yeraltı təkan hiss olunmayıb. 
 
Qeyd edək ki, bu gün saat 07:24-də də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. 
 
Yeraltı təkanın maqnitudası 5.3, dərinliyi 39 km olub.
 
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.
 
Zəlzələ Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR