Bilal Əliyev: "Bir milyona toya getdiyimi ona görə dedim ki..."

Bilal Əliyev: "Bir milyona toya getdiyimi ona görə dedim ki..."
11:12 11 May 2017
89 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Bilal Əliyev bir milyona toylara getməyindən danışıb.

Milli.Az xəbər verir ki, sənətkar ölkə.az-ın əməkdaşıyla söhbətində bir zamanlar verdiyi bu açıqlamanın səbəblərinə toxunub:

"Eşidirdim ki, filankəs on minə, başqa biri on iki minə toylara gedir. Həmin şəxslərin əksəriyyəti isə sənətdən xəbəri olmayan, yaxud ortabab oxuyanlar idi. Bu söhbət mənə xoş olmurdu. Ona görə dedim ki, əgər siz on iki minə gedirsinizsə, mənim toy qiymətim bir milyondur. Təbii ki, sənətkar xalqdan dolanır. Bizi yaşadan da xalqımızdır və sənətimizə qiymət qoya bilmərik. Çünki xalq olmasa, biz də yoxuq".

Qeyd edək ki, bir müddət öncə Bilal Əliyev müsahibələrində toy qiymətini açıqlayarkən, qonorarının bir milyon olduğunu söyləmişdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/543594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR