Bakıda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı “Elektron hərrac” layihəsinin təqdimatı keçirilir

Bakıda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı “Elektron hərrac” layihəsinin təqdimatı keçirilir
11:22 11 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” layihəsinin təqdimatı keçirilib.
“Report”un məlumatına görə, təqdimat mərasimində çıxış edən Komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni dövr başlanır.
“Yeni xidmət işə düşdükdən sonra dövlət əmlakını almaq istəyən şəxslərin özəlləşdirmə hərracında iştirak etmək üçün hərrac mərkəzlərinə gəlməsinə ehtiyac qalmayacaq. İş adamları və adi vətəndaşlar evdən və ofisdən çıxmadan internet vasitəsilə hərraclara qatılıb əmlak sahibi olacaqlar. Elektron hərracların tətbiqi nəinki Azərbaycanda, hətta dünyanın istənilən nöqtəsindən investorlara hərraclara qatılmağa imkan verəcək”, - deyə Komitə rəsmisi qeyd edib.
R.Cəlilovun sözlərinə görə, elektron hərracların keçirilməsində məqsəd şəffaflığın artırılması, özəlləşdirmə prosesinin sadələşdirilməsi və optimallaşdırılması, bu sahədə operativliyin təmin olunması, vətəndaş-məmur ünsiyyətinin minumuma endirilməsi, zaman və məkan məhfumunun aradan qaldırılması, investorların özələşdirilməyə cəlb olunması ilə bağlı geniş imkanların yaradılması, sağlam iqtisadi mühitin formalaşması, ən vacibi - müasir texnologiyalardan istifadə etməklə, vətəndaşın vaxt və maliyyə itkilərinin qarşısının alınmasıdır.
Daha sonra elektron hərracda iştirak etmək qaydaları ilə bağlı tədbir iştirakçılarına məlumat verilib, yeni xidmətdən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/bakida-dovlet-emlakinin-ozellesdirilmesi-ile-bagli-elektron-herrac-layihesinin-teqdimati-kecirili

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR