Gömrükdən büdcəyə 758 mln. manat gəldi

Gömrükdən büdcəyə 758 mln. manat gəldi
11:22 11 May 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 758 mln. 93,39 min manat daxil olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 113 mln. 780,82 min manat və ya 17,66% artıb.

Bu ilin dörd ayı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 210 mln. 209,84 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 513 mln. 897,69 min manat, aksizlər üzrə 23 mln. 776,51 min manat, yol vergisi üzrə isə 10 mln. 209,35 manat təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR