Azərbaycanda daha bir zəlzələ

Bu gün Saatlıda yenidən təkan qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Məkəzindən Metbuat.az-a verilən məlumata görə, zəlzələ saat 10:50:51-də Saatlıdan 23 km cənub - şərqdə Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin dərinliyi 50 km, maqnitudası 3,3 olub. Zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:24:19-da Saatlıda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR