Azərbaycan 650 min dollara yeni gəmi aldı

Azərbaycan 650 min dollara yeni gəmi aldı
12:05 11 May 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC "Bakinskaya 6" adlı yeni gəmi alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "GidroTrans" MMC-dən alınan gəmi QSC-yə 650 min dollara başa gəlib.

Alqı-satqı müqaviləsi cari ilin martın 9-da imzalanıb.
 
Bundan başqa, Azərbaycan prezidentinin 13 yanvar 2017-ci il tarixli sərəncamına əsasən 16 mln. manat məbləğində vəsait Bakı Gəmiqayırma Zavodu tərəfindən 2 ədəd tankerin və 2 ədəd Ro-Pax tipli bərə-gəminin tikintisi məqsədilə QSC üçün ayrılıb. 2017-ci ilin aprel ayında 8 mln. manat məbləğində vəsait həmin ayırmanın hissəsi kimi QSC-yə köçürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR