İslamiadanın idman gimnastikası yarışlarında iştirak edəcək nümayəndə heyətlərinin görüşü olub - FOTO

İslamiadanın idman gimnastikası yarışlarında iştirak edəcək nümayəndə heyətlərinin görüşü olub - FOTO
12:05 11 May 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında iştirak edəcək nümayəndə heyətlərinin görüşü keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüşdə çıxış edən Azərbaycan Gimnastika Federasiyasının baş katibi qonaqlara yarışlarda uğurlar arzulayıb.

O qeyd edib ki, gimnastika yarışları dörd gün davam edəcək. Mayın 12-i bədii gimnastlar çıxış edəcək, növbəti gün isə idman gimnastikası üzrə yarışlar başlayacaq.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) texniki nümayəndəsi Lyubov Andrianova xüsusilə qeyd edib ki, qadın idman gimnastikası bu Oyunların proqramına ilk dəfə daxil edilib və bu amil bu idman növünün inkişafı üçün atılan addımdır.

Kişi idman gimnastikası üzrə FIG texniki nümayəndəsi Mario Vukoya qeyd edib ki, yarışlar maraqlı keçəcək və burada yeni element təqdim olunacaq.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Trend görüşdən fotoreportajı təqdim edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR