Üzücü xəbər az öncə gəldi

Çində Uyğur türklərinin yaşadığı Sincan bölgəsində güclü zəlzələ baş verib.

Metbuat.az bildirir ki, baş verən zəlzələ 5,5 bal gücündə qeydə alınıb. Hadisə nəticəsində 23 nəfər ölüb, 1500-dən artıq evə ziyan dəyib. Ölü sayının artacağı gözlənilir.

Qeyd edək ki, Sincanda ən son belə zəlzələ 2003-cü ildə baş verib. 6.8 bal gücündə zəlzələdə 268 adam həyatını itirib.

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR