Rusiyanın Ermənistandakı hərbi bazasında qulluq edən zabitlərin fiziki və döyüş hazırlığı yolxanılır

Rusiyanın Ermənistandakı hərbi bazasında qulluq edən zabitlərin fiziki və döyüş hazırlığı yolxanılır
12:12 11 May 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasında xidmət edən zabit heyətinin fiziki və döyüş hazırlığı üzrə yarış keçirilir.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya əsasən, tədbirə Gümrüdəki hərbi hissənin 100-dən çox zabit cəlb edilib. Bazada xidmət edən leytenantlardan polkovnikədək bütün zabitlər “Makarov” tipli tapançadan 25 metrlik məsafədəki hədəfə atəş açmaq,100-400 metrlik məsafəyə üzmək, turnikdə normativləri yerinə yetirməklə hazırlıq səviyyəsinin nümayiş etdirməlidir.
Məlumata görə, Cənub Hərbi Dairəsinin Cənub i Qafqazdakı həbir biləşmələrinin zabitləri arasında seçmə mərhələsi cair il mayın 18-19-da keçiriləcək.
Xəbərdə bildirilib ki, seçmə mərhələdə qalib gələn 8 hərbçi yayda və payızda ümumrusiya hərbi hissələrinin yarışında iştirak edəcək. 





Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyanin-ermenistandaki-herbi-bazasinda-qulluq-eden-zabitlerin-fiziki-ve-doyus-hazirligi-yolxanili

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR