MOK İslamiadanın medalçılarına nə qədər mükafat verəcək? - SƏRƏNCAM

MOK İslamiadanın medalçılarına nə qədər mükafat verəcək? -   SƏRƏNCAM
12:17 11 May 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Milli Olimpiya Komitəsi prezidenti adından sərəncam imzalayıb. Sərəncamda deyilir:


Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:


IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:


- birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;


- ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;


- üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mok-slamiadann-medalclarna-n-qdr-mukafat-verck-t57995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR