İntihar edən 25 yaşlı qız məktub yazdı: "Mənə dəfn mərasimi keçirməyin, çunki..." - VİDEO - FOTO

İntihar edən 25 yaşlı qız məktub yazdı: "Mənə dəfn mərasimi keçirməyin, çunki..." - VİDEO - FOTO
12:17 11 May 2017
117 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulun Sarıyer rayonunda 3 rəfiqəsi ilə eyni evdə qalan 25 yaşlı Boğaziçi məzunu Gizem Zülal Kaynarın otağında intihar etdiyi haqda məlumat vermişdik.

25 yaşlı qızın sirli intiharı: yanında dəhşətə gətirən məktub tapıldı - VİDEO - FOTO

İngilis dili və informatika fakültəsinin məzunu Gizem Zülal Kaynarın intihar məktubunda tükürpədici detallar ortaya çıxıb.

Milli.Az Habertürk-ə istinadən xəbər verir ki, Kaynarın ailəsiylə əlaqədar sərt ifadələr işlətdiyi məktuba cənazəsinə qatılmaqlarını istəmədiyi yaxınlarının adlarını bir-bir yazıb.

Universitetdən 3 rəfiqəsi ilə birlikdə qaldığı evdə canına qıyan qızın cənazəsi dünən yaxınları tərəfindən alınaraq torpağa tapşırılmaq üçün Nevşehirə aparılıb.

"Ölə bilmişəmsə, nə xoşbəxt mənə"

Gizem Kaynarın "Bacarmadımsa, xahiş edirəm siz edin. Öldürün məni" deyə yazdığı məktubunda bu ifadələr işlədilib: "Əgər bu təşəbbüsə görə fiziki, zehni olaraq ziyan görmüş olarsam, qətiyyən o şəkildə yaşamaq istəmirəm. Və əgər ölə bilsəm, nə xoşbəxt mənə. Çox inanclı biri olmadığım üçün dəfn mərasimi də istəmirəm. Heç kimin gəlib-getməyini istəmirəm. Hələ mənimlə qan bağlılığı olan heç kimi istəmirəm. Heç birini görmək istəmirəm".

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

25 yaşlı qızın sirli intiharı: yanında şok edən məktub tapıldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/543612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR