Nazirlikdən abunəçilərdən xəbərsiz yazılan telefon borcu ilə bağlı AÇIQLAMA

Nazirlikdən abunəçilərdən xəbərsiz yazılan telefon borcu ilə bağlı AÇIQLAMA
12:18 11 May 2017
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi simsiz daşına bilən (katel) nömrələr üzrə çoxsaylı abunəçilərin xəbərləri olmadan borclandırılması və borcların tələb edilməsi məsələsinə aydınlıq gətirib. Belə ki, iddialara görə, abonent bir ay istifadə etmədiyi halda və nömrə ikitərəfli bağlanır, ancaq aylar üzrə abunə haqqı yığılıb və indi həmin məbləğ tələb edilir. Abunəçi istifadə etmədiyi halda borcun tələb edilməsindən narazıdır.

Nazilikdən verilən cavabda bildirilib ki, artıq bir müddətdir Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (“Baktelekom”) və “Aztelekom” MMC tərəfindən sabit (stasionar) telefon xidməti üçün "öncədən ödəmə" sisteminin tətbiqinə başlanılıb.

“Bu barədə ictimaiyyət məlumatlandırılıb. “Öncədən ödəmə" sisteminin tətbiqində məqsəd göstərilən xidmətlərə görə sonradan ödəniş edən abunəçilərin debitor borcunun yaranmasının qarşısını almaq, müvafiq qaydada öncədən ödənilən məbləğə uyğun xidmətin verilməsini təmin etməkdir. Telefon istifadəçiləri hər ayın 5-dək xidmət haqqını ödəməlidirlər”.

Məlumatda vurğulanıb ki, CDMA - simsiz telefon rabitəsinə görə də “öncədən ödəmə” sistemi tətbiq olunur.

“Öncədən ödəmə” sisteminin qaydalarına əsasən, borc ödənmədiyi halda ayın sonuna qədər xidmət birtərəfli qaydada bağlanır. Abunəçi növbəti bir ay ərzində yaranmış borcu ödədiyi halda xidməti aktivləşdirə bilər. Borcun ödənmədiyi 2-ci aydan etibarən isə xidmət ikitərəfli formada dayandırılır. Bundan sonra daha 1 ay telefon nömrəsi şəbəkədə saxlanılır. Yəni 3 ay xidmət haqqı ödəməyən abunəçi xidmətdən istifadə etməsə belə, nömrəni istismar etdiyinə görə xidmət haqqını ödəməlidir. Daha sonra arzu etdiyi halda nömrədən imtina edə və xidməti dayandıra bilər.

Bu baş vermədikdə CDMA nömrəsi şəbəkədən ayrılır. Telefon nömrəsinin şəbəkədən ayrılmasından sonra iki ay ərzində abunəçi yaranmış borcunu ödəməklə, xidməti bərpa etdirə bilər. Əks halda, onunla bağlanmış müqaviləyə xitam verilmiş sayılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/198356.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR