Bakı bulvarında sərxoş qızın başına iş gəldi

Bakı bulvarında sərxoş qızın başına iş gəldi
12:22 11 May 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı bulvarında gənc qız dənizə yıxılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Neftçilər prospekti 24 ünvanının qarşısında, Dənizkənarı Milli Park ərazisində 20-25 yaşlı qız dənizə yıxılıb. Boğulmaq üzrə olan qız polisin və təhlükəsizlik işçilərinin köməkliyi ilə sudan çıxarılıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Araşdırma nəticəsində məlum olub ki, dənizə yıxılan qız paytaxt sakini, 1996-cı il təvəllüdlü Şirəliyeva Gülşəndir (ad şərtidir). Hadisə vaxtı o, sərxoş olub və spirtli içkinin təsiri nəticəsində müvazinətini itirərək dənizə düşüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/543634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR