Ermənistanda Azərbaycan almalarına görə həbslər başladı

Ermənistanda Azərbaycan almalarına görə həbslər başladı
12:22 11 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycandan gətirilən almalar ilə əlaqədar verginin ödənməməsi faktı üzrə dörd nəfərə qarşı ittiham irəli sürülüb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Novosti-Armenii" məlumat yayıb.   

Vergidən yayınma faktı üzrə açılan cinayət işinin istintaqı zamanı Ermənistanın Tavuş vilayətinin iki sakininin Azərbaycan məhsullarını gömrük nəzarətindən keçirməyərək ölkəyə qanunsuz gətirdikləri məlum olub, bu barədə xüsusi xidmət orqanının məlumatında deyilir. 

İki Yerevan sakininin 2017-ci ilin yanvar ayından aprel ayının 24-ə qədər mütəmadi olaraq Baqrataşen gömrük məntəqəsindən 7341312 dram məbləğində (təxminən 15,1 min dollar) müəyyən məhsulların qeyri-qanuni şəkildə Ermənistana keçiriblər. 

İstintaq müəyyən edib ki, Yerevanın iki sakini, Baqrataşenin iki sakini ilə müəyyən məbləğ müqabilində deklarasiya olmadan və vergi rüsumları ödəmədən kənd təsərrüfatı mallarını ölkəyə gətirmək haqqında razılığa gəliblər. Bütün partiyanı vergidən yayındırmaq üçün onlar təsərrüfat mallarını Gürcüstan sərhədi yaxınlığında özlərinə məxsus sərnişin avtomobillərinə yerləşdiriblər, Ermənistan ərazisinə daxil olduqdan sonra isə yük maşınına yığıblar. 

Beləliklə də bu dörd nəfər qanunsuz fəaliyyətləri nəticəsində dövlətə 8 milyon dram (təxminən 16,5 min dollar) zərər vurublar. 

Vergidən yayınma və qanunsuz sahibkarlıq ilə məşğul olmalarına görə, bu dörd şəxsdən ikisinə qarşı Ermənistan CM-nin maddələri üzrə ittiham irəli sürülüb. 

Dövlət Qida Məhsullarının Təhlükəsizliyi Xidməti ölkədə Azərbaycandan gətirilən almaların satıldığına dair KİV-də yayılan məlumatı yoxlamaq üçün aprelin 23-dən üç gün ərzində bazarlarda yoxlama aparıb. Yoxlama nəticəsində Azərbaycandan gətirilən almaların satıldığı qeydə alınıb. Yoxlamalar Yerevan və əyalətlərdə təzə meyvə və tərəvəzin satışı həyata keçirilən məntəqə, supermarket və bazarlarda aparılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/543636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR