Prokurorluq Gəncədə hamilə qadının boğazının kəsilməsi ilə bağlı rəsmi məlumat açıqlayıb

Prokurorluq Gəncədə hamilə qadının boğazının kəsilməsi ilə bağlı rəsmi məlumat açıqlayıb
12:27 11 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 11 may. REPORT.AZ/ Gəncədə şəhərində hamilə qadının boğazının kəsilməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Şəhər prokurorluğundan "Report"un Qərb bürosuna verilən məlumata görə, may ayının 9-da səhər saat 10 radələrində Gəncə şəhərində keçmiş həyat yoldaşı 1983-ci il təvəllüdlü Ülviyə Əliyevanın boğazına bıçaqla xəsarət yetirib daha sonra isə intihar etmək məqsədilə özünün bədəninin müxtəlif nahiyələrinə 12 bıçaq zərbəsi vuraraq ağır xəsarət alan Gəncə şəhər sakini 1985-ci il təvəllüdlü Qarayev Ramin Kamil oğlu may ayının 11-də səhər saatlarında Yerləşdirildiyi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində ölüb.
Baş vermiş hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, boğazından bıçaq yarası alaraq Gəncə şəhər Abbas Səhət adına 1 Saylı Xəstəxanaya yerləşdirilən Ü.Əliyevanın vəziyyəti orta-ağırdır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/prokurorluq-gencede-hamile-qadinin-bogazinin-kesilmesi-ile-bagli-resmi-melumat-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR