Rusiyada elmə məlum olmayan heyvan tapıldı

Rusiyada elmə məlum olmayan heyvan tapıldı
12:33 11 May 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Ural bölgəsində paleontoloqlara məlum olmayan heyvan növünün sümükləri tapılıb.

Publika.az xəbər verir ki, tapıntını üzə çıxaran Rusiya alimləri ilə birgə heyətdə Britaniya, Avstraliya, Danimarka, Polşa, ABŞ və Fransa alimləri də olub.

Ural dağlarının mağaralarında tapılmış heyvanın sümükləri bərpa olunduqdan sonra əvvəlcə onun bizon olduğunu düşünüblər. Lakin sonra bu heyvanın indiki amerikan bizonuna bənzəmədiyini, güman ki, öküz və bizonun hibridindən yarandığını ehtimal ediblər.

Naməlum heyvanı hələlik Bizon-X adlandırıblar. Alimlər bu hibridləşmənin təxminən 120 min il bundan əvvəl baş verdiyini deyirlər.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/198355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR