Rəşad Sadıqovdan şok qərar

Rəşad Sadıqovdan şok qərar
12:37 11 May 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov şok qərar qəbul edib.


Fanat.Az yeniçağ.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi baş məşqçisi olduğu “Qarabağ”ın U-19 komandasından istefa verəcək.


Ancaq hələlik istefanın səbəbləri bəlli deyil.


Qeyd edək ki, məşqçiliyə Ağdam təmsilçisinin U-19 komandasında başlayan Sadıqovun çalışdırıcı kimi debütü uğurlu alınıb. O, elə ilk ildən sözügedən komandanı Azərbaycan çempionu etməyi bacarıb.


Maraq üçün onu da bildirək ki, kapitan PRO kateqoriyalı məşqçi kurslarına da qatılıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rad-sadqovdan-ok-qrar-t57997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR