Sadıqovlu "Qarabağ" çempion oldu

Sadıqovlu "Qarabağ" çempion oldu
12:42 11 May 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

U-19 Liqasında XXXI turun oyunları keçirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət "Qarabağ" "Qəbələ"ylə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksində keçirilən qarşılaşmada Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun çalışdırdığı U-19 komandası sona iki tur qalmış qızıl medalları təmin edib. Belə ki, "Qarabağ" xal hesabını 84-ə çatdırıb və ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal fərqiylə qabaqlayıb.

Bununla da "Qarabağ" UEFA-nın Gənclər Liqası yarışında Azərbaycanı təmsil etmək hüququ qazanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR