Şagirdlərin idmana marağını artırmaq üçün YENİ YOL

Şagirdlərin idmana marağını artırmaq üçün YENİ YOL
12:43 11 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində IV İslam Həmrəyliyi Oyunlarının təşviqat kompaniyası çərçivəsində şagirdlərlə görüşlər keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, görüşlərin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq və oyunları ölkə ərazisində tanıtmaqdır.

Görüşlərdə oyunların təşviqatını aparmaq üçün seçilmiş idmançı və ulduz səfirlər, eləcə də Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələri iştirak edirlər.

Görüşlər zamanı şagirdlərə IV İslam Həmrəyliyi Oyunları və yarışlara qatılacaq ölkələr haqqında geniş məlumatlar verilir. Azərbaycanın beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmə təcrübəsinin olduğu şagirdlərin diqqətinə çatdırılır. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının uğur qazanacağına əminlik ifadə olunur.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2752502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR