Oğul atasının evindən oğurluq etdi

Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, mayın 8-nə keçən gecə Cəlilabad rayonunda yaşayan Əfqan İsmayılovun evindən 2500 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə qızıl əşyaların onun oğlu Adəməli tərəfindən oğurlanması müəyyən edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR