Azərbaycan qadınları qlobal sammitdə iştirak edir

Azərbaycan qadınları qlobal sammitdə iştirak edir
12:50 11 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan nümayəndə heyəti Yaponiynın paytaxtı Tokioda keçirilən “ The 2017 Global Summut of Women ” adlı forumda iştirak edir.

Trend-in məlumatına görə, qadınların qlobal sammitinin keçirilməsində məqsəd sahibkar, biznes qadınların liderliklərə doğru yürüşlərini sürətləndirmək, qadın sahibkarlığını daha da genişləndirilməkdir. Eləcə də qlobal bazarlarda sahibkar qadınlara şəraitin yaradılması, qadınların yüksək texnologiyalar sənayesinə cəlb edilməsi də bu forumun prioritetlərindəndir.

Forumda qadın və kişi münasibətlərinin faydası üçün dostluq-ailə siyasətinin möhkəmləndirilməsi ilə də bağlı təhlillər, təkliflər irəli sürülür.

Azərbaycan tərəfdən tədbirdə millət vəkili Qənirə Paşayeva və “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva iştirak edir. Forumun rəsmi açılışında Yaponiyanın baş naziri Şinzo Abe, Filippinin 1-ci vitse prezidenti xanım Leni Robredo, Vetnamım 1-ci vitse prezidenti xanım Dang Thi Ngoc Sin, Belorusun baş nazirinin müavini Natalya Koçnova və digər ölkələrin rəsmi nümayəndələri iştirak ediblər.

Mayın 11-də başalayan tədbir 3 gün davam edəcək. Foruma qadınların global iqtisadiyada təsiri ilə bağlı 1000 biznes lider qadın və hökümət təmsilçisi qoşulub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2752508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR