Azərbaycandan 306 min ton neft məhsulları ixrac olunub

Bu barədə Metbuat.az-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan 306 min 583 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İlin ilk dörd ayında ixrac edilən neft məhsullarının dəyəri isə 118 milyon 817 min ABŞ dolları olub.

Qeyd edək ki, cari ilin ilk dörd ayında xam neft ixracı Azərbaycanın ümumi ixracının 76,26 faizini, təbii qaz 8,05 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 3,46 faizini təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR