AMEA-da iş saatı azaldıldı

IV İslam Həmrəliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçiləri üçün iş saatı qısaldılıb.

Akademiyadan əldə edilən məlumata görə, mayın 12-də - açılış mərasimində və mayın 22-də bağlanış mərasimində işçilər günorta saat 1-ə qədər işləyəcəklər.

Bununla bağlı işçilərə şifahi məlumat verilib.

Qeyd edək ki, mayın 12-dən 22-ə qədər Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. //Trend.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR