Bakı limanı illik yük dövriyyəsi 1 mlrd. ton olan limanla qardaşlaşıb

Bakı limanı illik yük dövriyyəsi 1 mlrd. ton olan limanla qardaşlaşıb
13:32 11 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə İndoneziyanın dəniz-liman əməliyyatları, investisiyalar sahəsində ixtisaslaşmış "PT Pelabuhan II" dövlət müəssisəsi arasında iki anlaşma memorandumu imzalanıb.
"Report"un İndoneziya mətbuatına istinadən verdiyi məlumata görə, imzalanmış sənəd Bakı limanı ilə Ninbo (Çin) limanının qardaşlaşmış limanlar sahəsində əməkdaşlığı nəzərdə tutur.
"PT Pelabuhan II" şirkətinin rəhbəri Elvin Qani Masassya (Elvyn G. Masassya) bildirib ki, bu sənəd iki liman arasında tərəfdaşlığın təməlini qoyub və dəniz və beynəlxalq ticarətin inkişaf etdirilməsinə kömək edəcək.
Onun sözlərinə görə, bu əməkdaşlığın məqsədi limanlar vasitəsilə Azərbaycan və İndoneziya, xüsusən də, İndoneziya və Çin arasında idxal-ixrac əməliyyatlarını gücləndirməkdir.
Qeyd edək ki, anlaşma memorandumu həmçinin iki ölkənin başqa sahələrdə də əməkdakşlığı üçün yeni imkanlar açacaq. Əməkdaşlığın ilkin mərhələsi hər iki limanın malik olduğu bilik və bacarıqların mübadiləsi ilə başlayacaq.
Ninbo limanı Çinin ən çox yüklənmiş limanlarından biridir. Çjetszyan əyalətində yerləşir. Ninbo liman kompleksi bir neçə limanı birləşdirir: Beylun, Çjenhay, qədim Ninbo limanı, Daksi və Çuanşandır. Ninbo Çində illik yük dövriyyəsi 1 mlrd. tonu aşan az sayda limanlardan biridir.
Liman dünyanın 90-dan artıq ölkəsində 560 limanla əməkdaşlığa malikdir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-limani-illik-yuk-dovriyyesi-1-mlrd-ton-olan-limanla-qardaslasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR