Müdafiə Nazirliyi: Ordumuz düşmənin yalnız hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür

Müdafiə Nazirliyi: Ordumuz düşmənin yalnız hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür
13:42 11 May 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür.

Bunu Milli.Az-a erməni mətbuatında cəbhə xəttində Ermənistanın "Şant" televiziya şirkətinin operatorunun bölmələrimiz tərəfindən açılan atəş nəticəsində yaralanması ilə bağlı sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər ki, Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, "Şant" televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb:

"Eyni zamanda onu da bildiririk ki, Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/543664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR