Bakı-2017: Səudiyyə Ərəbistanı qrupda birinci oldu

Bakı-2017: Səudiyyə Ərəbistanı qrupda birinci oldu
13:43 11 May 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kiçilər arasında həndbol yarışının qrup mərhələsinin son oyunları keçirilir.

Trend-in məlumatına görə, A qrupunda Səudiyyə Ərəbistanı Pakistanla qarşılaşıb. Bundan əvvəl Əlcəzair və Azərbaycan yığmalarına qalib gələn (26:13, 38:31) səudiyyəli həndbolçular bu dəfə də rəqiblərindən üstün olublar - 35:26.

Beləliklə, hər üç oyunda qələbə qazanan Səudiyyə Ərəbistanı komandası qrup birincisi kimi yarımfinala vəsiqə qazanıb. Qrupun son oyunu Azərbaycan və Əlcəzair yığmaları arasında keçiriləcək. Məhz bu matçdan sonra qrup ikincisi müəyyənləşəcək.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2752561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR