Səudiyyə Ərəbistanı qrup birincisi oldu

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında kiçilər arasında həndbol yarışının qrup mərhələsinin son oyunları keçirilir.

Metbuat.az-ın məlumatına görə, A qrupunda Səudiyyə Ərəbistanı Pakistanla qarşılaşıb. Bundan əvvəl Əlcəzair və Azərbaycan yığmalarına qalib gələn (26:13, 38:31) səudiyyəli həndbolçular bu dəfə də rəqiblərindən üstün olublar - 35:26.

Hər üç oyunda qələbə qazanan Səudiyyə Ərəbistanı komandası qrup birincisi kimi yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, qrupun son oyunu Azərbaycan və Əlcəzair yığmaları arasında keçiriləcək.

Sərdar Məmmədov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR