Müdafiə Nazirliyindən erməni əsgərinin yaralanması barədə AÇIQLAMA

Müdafiə Nazirliyindən erməni əsgərinin yaralanması barədə AÇIQLAMA
14:04 11 May 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

 
 
Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində cəbhə xəttində Ermənistanın “Şant” televiziya şirkətinin operatorunun bölmələrimiz tərəfindən açılan atəş nəticəsində yaralanması barədə xəbərlərə münasibət bildirib.
 
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, Ermənistan hərbi texnikasının kamuflyaj rənginə uyğun maskalanmış, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan, “Şant” televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən mövqelərimiz istiqamətində açılan atəşə qarşı bölmələrimiz tərəfindən müvafiq cavab tədbirləri görülüb: "Silahlı Qüvvələrimiz düşmənin yalnız hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür". 
 
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR