Bakıda taksilər ancaq bu ərazilərdə dura biləcək

Bakıda taksilər ancaq bu ərazilərdə dura biləcək
14:08 11 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi taksilər üçün xüsusi dayanacaqlar istifadəyə verib.

Agentlikdən Publika.az-a verilən məlumata görə, BNA-nın pasportlaşdırdığı 79 taksi duracaqlarının müəyyən edilmiş standartlara uyğunlaşdırılmasına başlanılıb.

“Hazırda davam etməkdə olan bu proses çərçivəsində artıq paytaxtın müxtəlif küçə və prospektində yerləşən 11 taksi duracağında yeni və beynəlxalq standartlara uyğun formada dizayn edilərək xətlənmə və nişanlanma işləri aparılır. Taksidən istifadə edən sərnişinlərin təhlükəsizliyi məqsədi ilə, duracağın ətrafında dəmir məhəccərlər qoyulub. Duracaqdan fiziki imkanları məhdud şəxslərin, eləcə də uşaq arabası ilə olan sərnişinlərin də rahat istifadə edə bilməsi üçün panduslar da quraşdırılıb”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/198380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR