İslamiadada 3 müsəlman ölkəsi iştirak etməyəcək

İslamiadada 3 müsəlman ölkəsi iştirak etməyəcək
14:12 11 May 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı deyil, sülhün bərqərar olduğu, hər kəsin bir dildə danışdığı böyük mühüm tədbirdir.

Milli.Az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, açılış mərasiminə artıq saatlar qalır: "Bakı möhtəşəm və mühüm tədbirə ev sahibliyi edəcək. Bütün dünyanın diqqəti bizdə olacaq".

Nazir qeyd edib ki, təəssuf ki, Oyunlarda bəzi səbəblər üzündən Sudan, Liviya, Küveyt iştirak etməyəcəklər. Buna baxmayaraq, Oyunlarda 54 ölkənin idmançıları təmsil olunacaq. Tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Faysal Abdul Aziz Al-Nassar, İslamiadanın Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Mark Honeybunn, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə və Oyunların Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva da iştirak ediblər.

Nazir qeyd edib ki, açılış mərasimində digər ölkələrin dövlət başçıları iştirak etməyəcək, lakin müxtəlif beynəlxalq təşkilatların və ölkələrin milli olimpiya komitələrinin rəhbərləri olacaq.

Buna baxmayaraq, bu Oyunlarda rekord sayda iştirakçı olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR