İslamiadada iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Bakıdadır

İslamiadada iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Bakıdadır
14:15 11 May 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 46 ölkənin nümayəndələri artıq Azərbaycana gəlib və atletlər kəndində yerləşib.

Trend-in məlumatına görə, bunu IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin üzvü Könül Nurullayeva İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu gün isə 8 ölkənin idmançılarının gəlişi gözlənilir.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2752591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR