Baş katib: "IV İslam Həmrəyliyi Oyunları İslam ölkələri arasında əlaqələri daha da gücləndirəcək"

Baş katib: "IV İslam Həmrəyliyi Oyunları İslam ölkələri arasında əlaqələri daha da gücləndirəcək"
14:22 11 May 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslam ölkələri arasında əlaqələri daha da gücləndirəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz Əl-Nassar Bakı-2017 İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan bütün obyektləri yüksək səviyyədə təmin edib:

"İnanırıq ki, İslam Həmrəyliyi Oyunları tarixində Bakı-2017 ən yüksək səviyyədə keçirilən yarışlardan biri olacaq. Bu oyunlar İslam ölkələri arasında əlaqələri daha da gücləndirəcək. Yarışlara bu cür yüksək diqqət göstərdiyinə görə Azərbaycana təşəkkür edirik".

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543678.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR