"Azərbaycan heç bir idmançının yol xərcini ödəmir"

Azərbaycan Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində heç bir idmançının yol xərcini ödəmir.

Metbuat.az-ın məlumatına görə, bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, hər bir idmançı Azərbaycanda qalmağa və qidalanmağa görə 50 dollar vəsait verir:

"Buna Atletlər Kəndində qalmaq və qidalanmaq daxildir. Hansı ölkələr ki, bizə müraciət edib, biz onlara qalmaq və qidalanmaqla bağlı köməklik göstərmişik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR