MOK: İdmançılarımız Oyunlara yüksək səviyyədə hazırlaşıblar

MOK: İdmançılarımız Oyunlara yüksək səviyyədə hazırlaşıblar
14:29 11 May 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunlarında böyük bir komanda ilə yarışacaq, komandamıza 500-ə qədər idmançı daxildir.

Trend-in məlumatına görə, bunu Milli Olipmiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu oyunlardan yaxşı nəticələr gözləyirik:

"Bu oyunlarda birinci yeri tutmağa çalışacağıq. İnanırıq ki, İslam Həmrəyliyi Oyunlarında Birinci Avropa Oyunlarında qazanılan medallardan daha artıq medal qazanacağıq. İdmançılarımız oyunlara yüksək səviyyədə hazırlaşıblar".

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2752602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR