Qədir Qızılsəs sənətdən getdi?

Uzun müddətdir səsi-sorağı gəlməyən müğənni Qədir Qızılsəsin sənətdən getdiyi deyilir.

Efirlərdə görünməyib, mətbuatdan uzaq gəzən müğənni son illərdə heç bir yeni mahnısı ilə gündəmə gəlməyib. Bütün bu faktlara əsasən, ifaçının sənətdən getməsinə dair şayiələr yayılıb.

Müğənni özü bu haqda Metbuat.az-a açıqlama verib. O haqqında yayılan söz-söhbətlərə son qoyub:

“Mən efirlərdə görünməsəm də, məni qısqananlar çoxdur. Çox insanlar var ki, mənim quyumu qazır. Ona görə fürsətdən istifdadə edib belə şayiələr yayırlar. Ancaq bunların heç biri real deyil. Yalan söhbətdir. Mən sənətdən getməmişəm və yaşadıqca da fəaliyyət göstərəcəm. Efirlərdə tez-tez görünmək istəmirəm. Bunun nə mənası var? İnsanlar məni sevir, izləyir ona görə də hər dəfə mətbuatda görünməyi arzulamıram”

Müğənni həm də yeni işlərindən söz açıb:

“Yeni mahnı oxumuşam. Fars mahnısıdır. Onu həm də lentə aldırmışam. "Ayşəm" mahnısını da oxumuşam. Onun üstündə çalışıram. Odur ki, Qədir Qızılsəs öz sənətindədir”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR