Rafael Dadaşovun səhhəti barədə SON XƏBƏR - QIZI DANIŞDI

Rafael Dadaşovun səhhəti barədə SON XƏBƏR - QIZI DANIŞDI
14:37 11 May 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə gün öncə  Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafael Dadaşovun səhhəti barədə yeni xəbər var.

Milli.Az xəbər verir ki, lent.az-a açıqlama verən xalq artistinin qızı, müğənni Səidə Dadaşova bildirib ki, atası sabah Akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji xəstəxanasına yerləşdiriləcək: "İndi vəziyyəti normaldır. Bakı Sağlamlıq Mərkəzindədir. Amma həkimlərin ilkin müayinəsindən sonra məlum olub ki, bütün problemlər atamın böyrəyindədir. Ona görə sabah Urologiya xəstəxanasına yerləşdiriləcək. Rafael müəllim bu günə qədər 2 dəfə ürək əməliyyatı keçirib, indi də ağrıları var. Amma həkimlər yaxşı olacağını deyirlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR