Azərbaycan İslamiadada heç bir idmançının yol xərcini ödəmir

Azərbaycan İslamiadada heç bir idmançının yol xərcini ödəmir
14:42 11 May 2017
32 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində heç bir idmançının yol xərcini ödəmir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, hər bir idmançı Azərbaycanda qalmağa və qidalanmağa görə 50 dollar vəsait verir:

"Buna Atletlər Kəndində qalmaq və qidalanmaq daxildir. Hansı ölkələr ki, bizə müraciət edib, biz ponlara qalmaq və qidalanmaqla bağlı köməklik göstərmişik".

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR