UNEC İslam Dünyası Universitetləri Federasiyası ilə əməkdaşlığı genişləndirir

UNEC İslam Dünyası Universitetləri Federasiyası ilə əməkdaşlığı genişləndirir
14:50 11 May 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıda səfərdə olan İSESCO-nun baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri ilə UNEC rektoru, professor Ədalət Muradov arasında işçi görüş keçirilib.

Bu barədə Trend-ə UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa, eləcə də müsəlman ölkələri arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edən qonaq, İSESCO nəzdində fəaliyyət göstərən FUIW-in islam dünyasını təmsil edən universitetlər arasında əməkdaşlıq üçün səmərəli platforma olduğunu diqqətə çatdırıb.

2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayan Ə.Muradov qonağa Azərbaycan ali təhsilində, o cümlədən UNEC-də həyata keçirilən islahatlar barədə məlumat verib. Ə.Muradov UNEC-in FUIW-in idarə heyətinə üzv seçilməsində göstərdiyi dəstəyə görə təşəkkür edib və bununla da UNEC-in FUIW-in fəaliyyətində daha aktiv iştirak etmək imkanı qazandığını bildirib.

Görüşdə FUIW və UNEC arasında gələcək əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2752623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR