NATO-nun baş katibi: “NATO İraq və Suriyadakı hərbi əməliyyatlarda iştirak etməyəcək”

NATO-nun baş katibi: “NATO İraq və Suriyadakı hərbi əməliyyatlarda iştirak etməyəcək”
14:52 11 May 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ “NATO İraq və Suriyadakı hərbi əməliyyatlarda iştirak etməyəcək”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Berlində Almaniyanın kansleri Angela Merkellə görüşün nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
“NATO hətta, terrorçu İŞİD qruplaşmasına qarşı beynəlxalq koalisiyaya qoşulsa da döyüşlərdə iştirak etməyəcək”, -deyə Y.Stoltenberq vurğulayıb.
Qeyd edək ki, NATO bölgədəki vəziyyətlə bağlı kəşfiyyat məlimatlarının toplanyıb, təqdim edir və İraq təhlükəsizlik qüvvələrinin əməkdaşlarını təlimatlandırır.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ mətbuatı NATO-nun Suriya və İraqdakı hərbi əməliyyatlara qoşulmaq istədiyi haqqında məlumat yaymışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nato-nun-bas-katibi-nato-i-raq-ve-suriyadaki-herbi-emeliyyatlarda-istirak-etmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR