ABŞ İsraili qorumaq üçün... - Vaşinqtonun hiyləgər planı ORTAYA ÇIXDI - FOTOFAKT

ABŞ İsraili qorumaq üçün... - Vaşinqtonun hiyləgər planı ORTAYA ÇIXDI - FOTOFAKT
15:03 11 May 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp PYD-yə (PKK terror təşkilatının Suriya qolu - red.) ağır silahların verilməsi barədə qərarı mayın 9-da təsdiqləsə də, Vaşinqtonun hiyləgər planı daha əvvəl icra etməyə başladığı ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın Rakka əməliyyatı bəhanəsi ilə PYD-yə verəcəyi silah, sursat və zirehli texnikanı Trampın qərarından daha əvvəl Suriyanın Derik bölgəsinə toplamağa başlayıb.

Suriyada hər keçən gün hərbi gücünü artıran ABŞ eyni zamanda çox sayda tank və minlərlə əsgəri Suriyanın cənub sərhədində yerləşən Ramsa bölgəsinə cəmləyib. Suriyada 4500 əsgər və 300 zirehli avtomobilli olan ABŞ Ramsa bölgəsini ölkədə əsas baza kimi seçdi. ABŞ-ın bununla da yeni bir planın icrasına başladığı bildirilir.

Plana görə, ABŞ Dəməşq çölü və Golan-İsrail arasında yerləşərək İsrailin təhlükəsizliyini təminat altına alacaq. Yəni, Vaşinqton “sabit təyyarə gəmisi” adlandırılan İsraili qorumağı qarşısına məqsəd qoyub.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR